Телефон: 8-800-350-22-65
WhatsApp: 8-800-350-22-65
Telegram: sibac
Прием заявок круглосуточно
График работы офиса: с 9.00 до 18.00 Нск (5.00 - 14.00 Мск)

Статья опубликована в рамках: LXXXII Международной научно-практической конференции «Культурология, филология, искусствоведение: актуальные проблемы современной науки» (Россия, г. Новосибирск, 08 мая 2024 г.)

Наука: Филология

Секция: Литература народов стран зарубежья

Скачать книгу(-и): Сборник статей конференции

Библиографическое описание:
Sadıqlı İ.Ə. İMADƏDDİN NƏSİMİ VƏ ONUN FARSCA DİVANININ NƏŞRLƏRİ // Культурология, филология, искусствоведение: актуальные проблемы современной науки: сб. ст. по матер. LXXXII междунар. науч.-практ. конф. № 5(69). – Новосибирск: СибАК, 2024. – С. 32-35.
Проголосовать за статью
Дипломы участников
У данной статьи нет
дипломов

İMADƏDDİN NƏSİMİ VƏ ONUN FARSCA DİVANININ NƏŞRLƏRİ

Sadıqlı İqbal Əli oğlu

doktorantı, Orta şərq dilləri və ədəbiyyatı kafedrasının, Bakı Dövlət Universiteti

Azərbaycan, Bakı

İMADADD'S NESIMI AND PUBLICATIONS OF HIS PERSIAN DIVAN

 

İqbal Sadigli

PhD student, Department of Middle Eastern languages and literature, Baku State University,

Azerbaijan, Baku

 

XÜLASƏ

Məqalədə klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi İmadəddin Nəsiminin həyatı və fars dilində yazdığı şeirlərdən ibarət divanı haqqında araşdırmalar aparılmışdır. Farsca divanın yazılma tarixi və əl yazma nüsxələri haqqında məlumatlar təqdim olunmuşdur. Həmçinin, Nəsiminin farsca divanının nəşrləri  və onların səciyyəvi cəhətlərindən bəhs edilmişdir.

ABSTRACT

İn the article, researches were conducted about the life of Imadeddin Nasimi, a prominent representative of our classical literature, and his collection of poems written in Persian language. Information about the date of writing of the Persian divan and manuscript copies has been presented. Also, the editions of Nasimi's Persian divan and their characteristics were discussed.

 

Açar sözlər: Nəsimi, farsca “Divan”, Nəsimi divanı, qəzəl

Keywords: Nasimi, Persian "Divan", Nasimi divan, ghazal

 

Azərbaycan ədəbiyyatının görkəmli simalarından İmadəddin Nəsimi öz yaradıcılığı ilə Şərq aləmində şöhrət qazanmışdır. Onun əsərlərinin dil və üslub cəhətdən tədqiqi  yalnız Azərbaycanın ədəbiyyat tarixi üçün deyil, bütövlükdə Şərq ədəbiyyatı üçün əhəmiyyətlidir. Bu baxımdan Nəsiminin əsərlərinin, eləcə də onun farsca “Divanı”nın leksik və üslubi xüsusiyyətlərinin araşdırılması  maraq doğurur.

İmadəddin Nəsimi təkcə Azərbaycan ədəbiyyatında deyil, Şərq ədəbiyyatında geniş şöhrət qazanmış görkəmli şəxsiyyətlərdən biridir. Onun həyatı ilə bağlı müxtəlif mənbələrdə fəqli məlumatlara rast gəlinir. Mənbələrdə Nəsiminin 1369-cu ildə Şamaxıda anadan olduğu və 1417-ci ildə dünyasını dəyişdiyi bildirilir. Onun məzarı Hələb şəhərində yerləşir. Mənbələrdə Nəsiminin “Əli”, “Seyid Nəsimi”, “Nəsimüddin” kimi adlarına rast gəlinir. Nəsiminin müasir tarixçisi Əbuzər Əhməb bin Burhanəddin Hələbi “Hələb tarixində Knauz əl Zəhəb” adlı kitabında onun adını “Əli” kimi qeyd etmişdir. Həmçinin, bir sıra hürufi mənbələrdə o cümlədən “Ərşnamə” və Fəzullahın vəsiyyətnaməsində “Əli” adı seyid titulu ilə yanaşı işlədilir [1]:

علی محرم است او را باید با خود ببرند. سید علی باید که در خدمت تقصیر نکند. وقت کار است ضایع نماند.

Seyid Əlini özləri ilə aparmaq qadağandır. Seyid Əli öz xidmətində səhv etməməlidir. Vaxt itkisi etməyin, iş vaxtıdır [1].

Digər mənbələrdə bu ad barədə məlumatlar geniş deyil və hamısı onun titulu ilə bağlıdır. Lakin, Nəsiminin özü bir neçə şeirlərində özündən bəhs edir və görünür ki, təxəllüs seçməzdən əvvəl bu ada işarə edir:

بیا بشنو "علی" اسرار معنی

ز عشق یار وز وصل حبیبم.[1]

Gəl “Əli” sirlərin mənasını eşit, mən yarın eşqini sevirəm

Klassik ədəbiyyatımızın ən güclü şairlərindən biri olan Nəsimi öz nəzmi ilə insanlığa dair dərin fikirlər söyləmişdir. Son dərəcə düşümdürücü, didaktik və lirik şeirləri olan Nəsimi nəfis üslubu ilə yanaşı dilinin sadəliyi ilə diqqəti cəlb edir. Şeirlərində böyük qüdrət sahibi olan Nəsimi dini mövzular ilə yanaşı eşq, məhəbbət motivləri əsasında müxtəlif qəzəllər yazmışdır. İmadəddin Nəsiminin əsərləri  XIV-XV əsrlərin lirik şeirinin ən gözəl nümunələrindən biri sayılır. Onun əsərlərinin özəlliyini, sanki insan şəxsiyyətinin dərin tərifi və bəşər eşqindən qaynaqlanan  həyacan verici bir ruh təşkil edir.

Nəsimi türk və fars şeirinə hakim qəzəl, qəsidə, məsnəvi, tərcibənd, qitə, rübai kimi nəzm nümunələrində şeirlər yazmış, O, türk, fars və ərəb dillərində şeirlər divanı olan böyük bir şairdir. Azərbaycan ədəbi dil tarixində Nəsiminin ana dilində yazdığı divan böyük əhəmiyyət kəsb edir. Eləcə də onun farsca divanı Azərbaycan klassiklərinin  farsdilli əsərlərinin dil və üslub xüsusiyyətlərinin tədqiqi sahəsində  zəngin və özünəməxsus  bir tədqiqat obyektidir.

Qeyd etmək lazımdır ki, Nəsiminin farsca divanı ilk hürufi divandır. Türkcə divandan fərqli olaraq farsca divanın dövrümüzə gəlib çatan əlyazma nümunələrinin sayı daha azdır. SSRİ dövründə Nəsiminin farsca divanının iki əlyamza nüsxəsinin biri Leninqradda Şərqiyyat İnstitutunda, digəri Tiflisdə Gürcüstan Əlyazma əsərlər İnstitutunda saxlanılır və onlardan heç biri tam deyil. İlk və son vərəqləri olmadığı üçün tarixləri haqqında məlumat əldə etmək mümkün olmamışdır. Onun yazı və kağızından XVI əsrdən əvvəl olduğu zənn edilir.

Nəsiminin farsca divanı hicri 1260 və 1298-ci illərdə İstanbulda, iki böyük və orta ölçüdə çap olunub. Bu çap iki hissədən ibarətdir. Birinci hissədə (28 səhifə) Nəsiminin farsca şeirləri, ikinci hissədə (133 səhifə) isə onun türkcə şeirləri yer almışdır.  1926-cı ildə Salman Mümtaz farsca divanın bir hissəsini Türkcə divanla birlikdə Bakıda çap etdirmişdir.

Nəsiminin farsca divanının mövcud olan əlyazma hissələrinə aşağıdakılar daxildir:

1.Konya Əlyazma əsərlər Kitabxanası, “Divan-e Nasimi”, həcmi 88 vərəq; 2. Manisa Xalq Kitabxanası, hər səhifədə 14 sətr olmaqla təliq xətti ilə filiqranlı kağız üzərində yazılmışdır.

Nəsiminin farsca divanının araşdırılması zamanı ilk olaraq, hicri 1371 ci il Tehranda Yədullah Cəlali Pənədəri tərəfindən yazılmış “Zendegi və əşar-e İmadəddin Nəsimi” nəşri və 1972-ci ildə Bakıda Həmid Məmmədzadə tərəfindən çap olunmuş “Nəsiminin farsca divanı” adlı nəşr əsas mənbə rolunu oynayır və öz tədqiqatlarımızda bu nəşrlərə əsaslanmışıq. Pəndəri tərəfindən hazırlanan nəşrdə hürufi fikrilər təqdim olunmuş və İmadəddin Nəsimi haqqında məlumat verilmişdir [1]. Daha sonra Nəsiminin farsca divanına daxil olan qəzəl, qəsidə, məsnəvi , tərcibənd, rübai və qitələrə həmçinin, ərəbcə şeirlərə yer verilmişdir. Bəhs olunan nəşrdə Nəsiminin farsca divanı aşağıdakı qəzəl ilə başlayır:

یارب چه شد آن دلبر عیاره ما را   

کآزرد به هجران دل صد پاره ما را [1]

Ey rəbbim! qəlbi yüz hissəyə bölünmüş bizim o əyyar sevgilimizə nə oldu ki, bizi ayrılıqla yaraladı

Qeyd etmək lazımdır ki, bu kitab Veyis Değirmençay tərəfindən türk dilinə tərcümə olunmuşdur.

Nəsiminin farsca divanının ən mükəmməl variantı 1972-ci ildə həmid Məmmədzadə tərəfindən hazırlanmış nəşr hesab olunur [2]. Bu nəşr Həmid Məmmədzadənin müqədimməsi ilə başlayır və ardınca Nəsiminin farsca qəzəl, məsnəvi, tərcibənd, (Bəhrül-əsrar (Sirlər dənizi): [qəsidə]) və rübailəri verilmişdir. Həmin nəşrdə Nəsiminin farsca divanına aid aşağıdakı ilk qəzəl verilmişdir:

صبح از افق بنمود رخ، در گردش آور جام را

وز سر خیال غم ببر، این رند دُردآشام را [2]

Sübh üfüqdən göründü, cam ətrafında dolandı ,bu rand dərdinin qəm xəyalını başından apar

İmadəddin Nəsimi farsca divana daxil olan şeirlərində hürufilik ilə bağlı məsələlərə yer vermiş, hədis və ayələri hürufi rəylərlə  işləmiş, on iki imam və Həzrət Əli üçün məthiyyələr söyləmiş və bir çox mənzuməsində Fəzullahı yad etmişdir [4]. Nəsiminin farsca “Divan”ında leksik-semantik söz qrupları arasında somatizmlər öz zəngiliyi ilə seçilir. Somatizmlər “Divan” da  müxtəlif poetik funksiyalar daşıyır. Bunların arasında bənzətmə və sadalama  daha geniş yayılmışdır.Şairin farsca divanının həcmi ana dilindəki divanından daha kiçikdir və bu divanda yer alan şeirlər öz yığcamlığı ilə seçilir. İmadəddin Nəsiminin farsca divanında məsnəvi,qitə, qəzəl, tərcibənd, müstəzad, rübai  kimi şeir növləri yer almışdır [3].  

 

İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1. جلالی پنداری، زندگی و اشعار سید عماد الدین نسیمی
  2. حمید محمدزاده، سید عماد الدین نسیمی ، دیوان فارسی
  3. Əlibəyli Şəfəq, “Nəsiminin farsca divanının özəllikləri”
  4. Veyis Değirmençay, “İmadüddin Nesimi ve Farsça divanı” 
Удалить статью(вывести сообщение вместо статьи): 
Проголосовать за статью
Дипломы участников
У данной статьи нет
дипломов

Оставить комментарий

Форма обратной связи о взаимодействии с сайтом
CAPTCHA
Этот вопрос задается для того, чтобы выяснить, являетесь ли Вы человеком или представляете из себя автоматическую спам-рассылку.