Телефон: 8-800-350-22-65
WhatsApp: 8-800-350-22-65
Telegram: sibac
Прием заявок круглосуточно
График работы офиса: с 9.00 до 18.00 Нск (5.00 - 14.00 Мск)

Статья опубликована в рамках: CLXII Международной научно-практической конференции «Научное сообщество студентов: МЕЖДИСЦИПЛИНАРНЫЕ ИССЛЕДОВАНИЯ» (Россия, г. Новосибирск, 06 апреля 2023 г.)

Наука: Экономика

Скачать книгу(-и): Сборник статей конференции

Библиографическое описание:
Sadıqzadə S.M. TURİZMDƏ İNVESTİSİYA QOYULUŞLARININ TƏNZİMLƏNMƏSİ MEXANİZMLƏRİ // Научное сообщество студентов: МЕЖДИСЦИПЛИНАРНЫЕ ИССЛЕДОВАНИЯ: сб. ст. по мат. CLXII междунар. студ. науч.-практ. конф. № 7(161). URL: https://sibac.info/archive/meghdis/7(161).pdf (дата обращения: 27.11.2024)
Проголосовать за статью
Конференция завершена
Эта статья набрала 0 голосов
Дипломы участников
У данной статьи нет
дипломов

TURİZMDƏ İNVESTİSİYA QOYULUŞLARININ TƏNZİMLƏNMƏSİ MEXANİZMLƏRİ

Sadıqzadə Sərxan Musa oğlu

magistri Bakı Dövlət Universiteti,

Azərbaycan, Bakı ş.

Xasıyev Bəhruz Qabil oğlu

научный руководитель,

Elmi rəhbər, iqtisad üzrə fəlsəfə doktoru, müəllim, Bakı Dövlət Universiteti,

Azərbaycan, Bakı ş.

МЕХАНИЗМЫ РЕГУЛИРОВАНИЯ ИНВЕСТИЦИЙ В ТУРИЗМ

 

Садыгзаде Сархан Муса оглы

магистрант, Бакинский Государственный Университет,

Азербайджан, г. Баку

Хасиев Бахруз Габиль оглы

научный руководитель, д-р философии по экономике, преподаватель, Бакинский Государственный Университет,

Азербайджан, г. Баку

 

ANNOTASİYA

Tədqiqatın əsas məqsədi turizmdə investisiya qoyuluşlarının tənzimlənməsi mexanizmlərini təhlil etmək və dövltin rolunu araşdırmaq. Tədqiqatda müəyyən edilmişsir ki, turizm sektorunun kortəbii inkişafını dövlətin və onun vətəndaşlarının mənafeyinə uyğun istiqamətləndirmək üçün iki qrup tədbirlərin həyata keçirilməsi daha zəruri hesab edilir. Birincisi, turizm sahəsinin inkişafını təmin edən hüquqi, maliyyə, iqtisadi bazanı müəyyənləşdirmək, ikincisi isə özəl sektoru maliyyələşdirməkdə çətinlik çəkdiyi prioritet sahələrə, daha vacib infrastruktura investisiya qoyuluşunun cəlbedilməsi mexanizmini işləyib hazırlamaq lazımdır.

АННОТАЦИЯ

Основной целью исследования является анализ механизмов регулирования инвестиций в сфере туризма и изучение роли государства. В ходе исследования было определено, что две группы мер считаются более необходимыми для направления развития сферы туризма в интересах государства и его граждан. Во-первых, необходимо определить правовую, финансово-экономическую базу, обеспечивающую развитие сферы туризма, во-вторых, необходимо разработать механизм привлечения инвестиций в приоритетные направления и более важную инфраструктуру, где частный сектор испытывает финансовые затруднения.

 

Açar sözlər: investisiya, tənzimləmə mexanizmləri, turizm, maliyyə mənbələri, sahibkarlıq fəaliyyəti.

Ключевые слова: инвестиции, механизмы регулирования, туризм, источники финансирования, предпринимательская деятельность.

 

İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsinin əsas məqsədi iqtisadi sistemin inkişafı, iqtisadiyyatın modernləşdirilməsi və innovativ yeniləşməsi üçün zəruri olan investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

Xidmət sferasının uğurlu dinamik inkişafında əsas amil onun fəaliyyətinin səmərəli tənzimlənməsidır. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) ən mühüm sazişlərindən biri beynəlxalq ticarət və investisiya xidmətlərinə dair məsələləri həll etmək üçün qəbul edilmiş Xidmətlər Ticarətinə dair Baş Sazişdir. Xidmətlər Ticarətinə dair Baş Saziş bütün üzv ölkələr üçün ümumi prinsiplərə əməl etməyi nəzərdə tutur. [1, s. 169-171]:

  • ən əlverişli rejimin tətbiqi (MFN). Malların ticarətində olduğu kimi, dövlət tərəfindən təmin edilən xidmətlər bazarına çıxış rejimi ayrı-seçkilik əsasında formalaşmamalıdır. Bu, bütün üzv ölkələrə aid olmalıdır. Regional əməkdaşlıq çərçivəsində ən əlverişli rejim müqavilə ilə müəyyən edilmiş istisnalar və şərtlərə imkan verir;
  • xidmət ticarətinin tənzimlənməsində informasiya şəffaflığı;
  • xidməti göstərmək üçün tələb olunan xidmət təminatçının icazəsi, lisenziyalaşdırılması və ya sertifikatlaşdırılması ilə bağlı standartların və ya meyarların məcburi qəbul edilməsi;
  • inhisar xidmət təminatçısının ən əlverişli rejim prinsipi və ya dövlətin üzərinə götürdüyü öhdəliklərdən hər hansı birinin pozulmaması şərti ilə fəaliyyət göstərməsi;
  • xidmətlər bazarına çıxışının daha da liberallaşdırılması və inkişaf etməkdə olan ölkələrin xidmətlər ticarətdə fəal iştirakının təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi.

Xidmətlərin qarşılıqlı ticarətinə məhdudiyyətlərin aradan qaldırılmasına imkan verən iqtisadi inteqrasiya qruplarının yaradılması (məsələn, AB-də, Şimali Amerika azad ticarət zonasında (NAFTA) kimi) üçüncü ölkələrə də tətbiq etmək, regional səviyyədə xidmətlərin beynəlxalq ticarətini tənzimləyir. Qlobal iqtisadiyyatda səmərəli inteqrasiya prosesləri fərdi ölkələrin iqtisadi fəaliyyətlərinin səmərəli  təşkili deməkdir, xidmət səviyyəsinin milli səviyyədə tənzimlənməsi onun rifahı üçün bir növ katalizator rolunu oynayır. Beləliklə, qlobal iqtisadiyyatda xidmət sektorunun mövqelərinin möhkəmləndirilməsi, resursların səmərəli istifadəsini təmin etmək, fərdi ölkələrin dünya bazarında rəqabət qabiliyyətinin artırılması və onların iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi dövlətin milli xidmətlər sektorunun qayğıya ehtiyacı zərurətini müəyyən edir.

Təcrübə göstərir ki, vergi stimulları həm inkişaf etmiş, eyni zamanda inkişaf etməkdə olan ölkələrdə investisiyaların həvəsləndirilməsi siyasətinin bir istiqaməti kimi tətbiq olunur. Vergi stimulları tətbiq olunan ölkələrdə hesab edilir ki, həmin stimulların hansı şəkildə mövcudluğundan asılı olmayaraq onlar özündə investisiyaların təşviqinin daha yaxşı və bahalı üsulunu ifadə edir.

Qeyd edək ki, vergi tətilləri stimul kimi əsas etibarı ilə inkişaf etməkdə olan ölkələrdə tətbiq olunur. Güzəşt verilən təsərrüfat subyekti vergi tətilləri müddətində, adətən özünün fəaliyyətinin ilk illərində tamamilə, yaxud qismən mənfəət vergisinin ödənilməsindən azad edilir. Ayrı-ayrı hallarda vergi tətillərinin müddəti bitdikdən sonra həmin müddətlərin uzadılmasına yol verilə, yaxud müəyyən dövr ərzində cəlb oluna bilər. Lakin vergi tətilini təqdim edən əksər ölkələrdə güzəşt verilən müddət bitdikdən sonra müəssisələr vergidən azad edilməyən adi müəssisələr kimi vergiyə cəlb olunurlar. Bununla yanaşı təcrübə göstərir ki, təsərrüfat subyektlərinə tətbiq olunan adi, yaxud ümumi vergilərin aşağı salınması vergi siyasəti qarşısında duran məsələlərin həllinin daha yaxşı üsullarından biri hesab edilir. Son illərdə dünya miqyasında hüquqi şəxslərə tətbiq olunan vergilərin dərəcələrinin aşağı salınması müşahidə olunur və bu prosesə müasir dövrdə daha yaxşı stimul kimi baxılır. Bu zaman daha inandırıcı arqument ondan ibarətdir ki, vergilərin dərəcələrinin azaldılması vergilər ödənildikdən sonra investorların sərbəst mənfəəti artır. Inkişaf etməkdə olan ölkələrdə investisiya qoyuluşlarına vergi güzəştləri kimi vergi stimulu geniş yayılmışdır. Bu stimul investisiya xərclərinin silinməsi formasını alır. Vergi stimulu müxtəlif formalarda ola bilər və surətli amortizasiya ayırmalarına, investisiya xərclərinə, vergi çıxımlarına və investisiyalara vergi kreditləri ilə bağlı kateqoriyalara bölünür.

İnvestisiya qoyuluşlarına bu vergi güzəştlərinin az və ya çox dərəcədə eyni bir nəticəyə, yəni vergilər ödənildikdən sonra təsərrüfat subyektlərinin mənfəətinin artımına gətirib çıxaracağına baxmayaraq, onlar güzəştləri əldə edən hüquqi şəxslər üçün vergilərə qənaət məbləğinin vaxt dövrləri üzrə paylanmasında bir-birindən fərqlənirlər. Bir qayda olaraq, müəyyən investisiyaların daha tez silinməsinə imkan verən sürətli amortizasiya ayırmaları təsərrüfat subyektinin xərc kalkulyasiyasına son dərəcə spesifik təsir göstərir.

Investisiya xərclərinə çıxımlar isə bir qədər fərqli formada, lakin vergilər ödənildikdən sonra təsərrüfat subyektin mənfəətinin yüksəldilməsi şəklində olan, elə həmin keyfiyyət nəticələri kimi təsir göstərir və investisiya xərclərinə çıxımlar hüquqi şəxsə imkan verir ki, investisiya qoyuluşları həyata keçirərkən müəyyən faiz investisiya xərclərini vergi tutulan gəlirlərdən çıxsın. Bu halda güzəşt özü-özündə təsərrüfat subyekti üçün bilavasitə və təcili vergi güzəştini ifadə edir. Nəhayət, investisiya vergi krediti müəssisəyə imkan verir ki, investisiya təsiri altına düşən payı qədər vergi güzəştlərini azaltsın və həmçinin özündə təcili (təxirsiz) güzəşti əks etdirir. İki sonuncu güzəşt növləri arasında fərq ondan ibarətdir ki, onlardan birincisi, vergi tutulan gəlirdən çıxımları, ikincisi isə vergi öhdəliklərinə münasibətdə krediti ifadə edir [2, s.76]. Fikrimizcə, fərq qoyulmadan bütün maliyyə mənbələri hesabına milli iqtisadiyyatın istər neft sektoruna, istərsə də qeyri-neft sektorunun emal və xidmət sahələrinə, o cümlədən turizmin inkişafına investisiyaların cəlbediciliyinin təmin olunmasında vergi siyasətinin rolu çox böyük əhəmiyyət kəsb edir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, investisiya qoyuluşlarının cəlbediciliyinin yüksəlişinə təkcə vergi dərəcələrinin aşağı salınması və yaxud vergi güzəştlərinin tətbiqi deyil, qeyd olunduğu kimi vergi siyasətinin digər mexanizmlərinin də təsiri çox böyükdür. Bu barədə artıq geniş şərh verilmişdir. Bu baxımdan turizm sahəsinə də investisiya qoyuluşlarının cəlb olunmasının təşkili il növbədə ölkənin mərkəzi şəhərlərinin və regionlarının cazibədarlığı, müasir infrastrukturunun mövcudluğu və ərazilərin yerləşməsinə uyğun diferensial vergilərinin tətbiqindən də asılıdır. Ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, ölkə iqtisadiyyatında investisiya aktivləşməsi prosesi ilk növbədə sahibkarlıq subyektlərinin vergi yükünün aşağı salınması ilə bağlıdır. Lakin qeyd etmək lazımdır ki, vergi stimullarının verilməsində yüksək səmərə investisiyalar üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutan vergi stimulları ilə yanaşı, digər kompleks tədbirlərin də görülməsi də əsas şərtdir.

Hazırda Azərbaycanda turizmin inkişafında zəruri olan imkanlar var. Müasir dövrdə milli iqtisadiyyatın turizm bölməsinin o qədər də ağır vergi yükü yoxdur. Əksinə, çox güzəştli və standart vergi mühiti yaradılmışdır. Turizm sahəsində inkişaf da bu böyük hədəflərə uyğun aparılmalıdır. Bu hədəflərə çatmaq üçün hökumətin təşviq siyasəti də çox vacibdir.

Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi, ölkənin turizm bölməsinə vergi güzəştlərinin tətbiq edilməsi müsbət nəticələr verə bilər. Misal üçün, Rumıniyada 16 faizlik əlavə dəyər vergisi (ƏDV) tətbiq edilir. Bu, vergini turizm şirkətləri 50 faizlik güzəştlə, yəni 8 faiz həcmində ödəyir. Qonşu ölkə olan Gürcüstanda isə turizm şirkətləri 15 il müddətində ƏDV ödəmir. Azərbaycanda da buna ehtiyac olduğunu təcrübə göstərir. Belə ki, turizm şirkətlərinin xərclərini həm də vergi güzəştləri vasitəsilə azaltmaq olar və bu, onların inkişafını stimullaşdırar. Bundan başqa, turizm bölməsində elektron hökumətin elementlərinin tətbiqi mümkün olmalıdır. Yəni bu, “on-line” qaydada sifariş vermə imkanlarını sürətləndirməlidir. Burada onu qeyd edək ki, xaricdə olan turistlərin böyük hissəsi məhz internet üzərindən hotellər, onların xidmətləri və qiymətləri haqqında informasiya alırlar. Azərbaycanda elektron viza sistemi 2013-cü ilin martından tətbiq olunmağa başlayıb. Yeni sistem sənədləşmənin daha asan aparılmasına, viza xərclərinin azaldılmasına, habelə vaxta qənaət edilməsinə şərait yaradır. 2013-cü ilin avqust ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində də turist vizalarının elektron formada verilməsini nəzərdə tutan bir sıra maddələr, əksini tapmışdır. Vacib məsələlərdən biri də turizm bölməsində elektron xidmətlərin yaradılmasından ibarətdir. Buna görə də turizm saytında (e-services.mct.gov.az) istifadəçilərə 12 növdə elektron xidmətlər təqdim edilir. Nazirliyin “e-hökumət” dövlət informasiya sisteminə inteqrasiyası istiqamətində də tədbirlər görülür. Bundan başqa, Bakı, Xaçmaz, Quba, Şamaxı, Şəki, Lənkəran, eləcə də İsmayıllının Lahıc kəndində turistlərə məlumatların çatdırılması məqsədilə yaradılmış turizm informasiya mərkəzlərində ziyarətçilərə elektron xidmətlərin göstərilməsi mümkündür. Hazırda əcnəbi turistlər elektron formada nüfuzlu hotellərdə nömrələr bron edə bilirlər və bu da mühüm irəliləyişlərdən sayılır. Xidmətin müasirləşdirilməsi üçün əksər mehmanxana və turizm obyektləri Vahid Avtomatlaşdırma İdarəetmə Sisteminə keçidi təmin etmişdir.

Fikrimizcə, elektron turizm xidməti göstərən şirkətlərin ƏDV-dən azad edilməsi də yaxşı nəticə vermiş olardı.

Bu gün hökumət turizm sahəsinin inkişafına ciddi dəstək verir. Lakin bir sıra iqtisadi alətlərdən də istifadə oluna bilər ki, inkişaf daha da kütləvi xarakter alsın, turizm potensialı olan bütün regionlarda müxtəlif ulduz dərəcələrinə malik olan yerləşdirmə yerləri, ictimai-iaşə obyektləri açılsın. Buna ciddi ehtiyac var. Azərbaycanın statistik göstəricilərinin təhlili göstərir ki, ölkədə turizm qiymətlərinin baha olmasının əsas səbəblərindən biri yerləşdirmə yerlərinin lazımi sayda olmamasıdır.

Fikrimizcə, turizmin inkişafı məqsədi ilə mehmanxana və mehmanxana tipli müəssisələrin inşası, eyni zamanda infrastruktur və abadlıq işlərinin həyata keçirilməsi üçün dövlət tərəfindən sahibkarlara təmənnasız torpaq sahəsi ayırmaq olar və vergi güzəştləri tətbiq oluna bilər. Bununla yanaşı ölkəyə turizm sahəsində xarici mütəxəssislərin cəlb olunmasında güzəştlərin tətbiqi mümkündür. Yeni turizm obyektləri üçün xaricdən gətirilən avadanlıqlara tətbiq olunan gömrük ödənişlərində güzəştlər verilə bilər. Qeyd etmək lazımdır ki, turizm potensialı olan regionlarımız var ki, buraya az investisiyalar yatırılır. Həmin regionlarda turizm fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi güzəştləri verilməklə, hətta bir neçə illik gəlir vergisindən də azad edilməsi qanunvericilikldə nəzərdə tutula bilər.

Konkret vergi güzəştləri haqda danışmalı olsaq, bununla əsasən fəaliyyətə yeni başlayan turizm subyektləri, xüsusilə aşağı ulduzlu otellər təşviq olunmalıdır. Bu zaman kənd rayonlarımızda yeni turizm müəssisələri tikənlərə dövlət hesabına müəyyən müddətə təmənnasız torpaq sahələri ayrıla bilər. Həmçinin, onlar müəyyən müddət gəlir vergisi ödəməkdən azad edilə bilər. Bunlar turizm sahəsində daha ciddi inkişafa nail olmaq üçün vacib amillər hesab edilir.

Regionlarda yerləşən əsasən, yay turizm mövsümündə gəlirlər əldə edən turizm obyektlərinin, sahələrin mərkəzində yerləşən və ilin 12 ayı ərzində fəaliyyət göstərən mehmanxanalar ilə eyni qaydada vergiyə cəlb edilməsi turizmin inkişafını məhdudlaşdırır. Azərbaycanın unikal yerlərində olan turizm subyektlərinə istisna qaydada vergi güzəştləri verilməlidir.

Tədqiqatın nəticəsi olaraq qeyd etmək lazımdır ki, investisiya qoyuluşlarının milli iqtisadiyyatın bütün sahələrinə, o cümlədən turizm sektoruna cəlb olunması üçün vergi amilləri arasında differensial vergi stimullarına nisbətən optimal vergi strukturlarının olması və vergitutumunun ümumi aşağı səviyyəsi daha böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, vergi stimulları effektlilik itkilərini yaradır. Bu baxımdan bəzən vergi stimullarından istifadə resurslarının paylaşmasında təhriflərə gətirib çıxarır. Vergi stimulları vergitutma bazasının azaldılması tendensiyasına malikdir. Vergi stimullarından geniş istifadə edən inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, bu stimullar vergi öhdəliklərinin azaldılmasının və vergilərin ödənilməsindən yayınmanın qarşısının alınmasını təmin edir.

Turizm sahəsinə inkişanına istiqamətlənən investisiya qoyuluşlarının cəlb edilməsində vergi stimullaşdırmanın vaxtında tətbiqi daha böyük səmərə verə bilər. Bu baxımdan turizm sahəsi üzrə yeni-yeni layihələrin icrası üçün ilk növbədə dövlətitn tənzimlənmə siyasəti mühim rol oynayır və vergi güzşətlərinin tətbiqi əsas şərtlərdən biridir.

Ümumiyyətlə, hazırkı şəraitdə sosial ədalət meyarını üstün tutan dövlətlərin əsas məqsədi vətəndaş amilinin önəmliliyi, insanların yüksək səviyyəli yaşayışının təşəkkülündən ibarətdir.

 

Biblioqrafiya:

  1. Hüseynova E.M. Azərbaycan Respublikasında turizm ehtiyatlarının potensial göstəricilərinin rəqabətliliyinin qiymətləndirilməsi və təhlili. Bakı-2010, 982 s.
  2. Kəlbiyev Y.A. “Vergi stimullaşdırılmasının nəzəri-metodoloji və praktiki məsələləri: “Azərbaycanın Vergi jurnalı” №1(121), 2015, 76s.
  3. Деева А.И.Инвестиции., учеб пособие, М.: Экзамен, 2005, 397 с.
  4. Шарп У.,Александр Р., Бейли Дж. Инвестиции . М.: Инфа, 2006, 1023 с.
Проголосовать за статью
Конференция завершена
Эта статья набрала 0 голосов
Дипломы участников
У данной статьи нет
дипломов

Оставить комментарий

Форма обратной связи о взаимодействии с сайтом
CAPTCHA
Этот вопрос задается для того, чтобы выяснить, являетесь ли Вы человеком или представляете из себя автоматическую спам-рассылку.