Телефон: 8-800-350-22-65
WhatsApp: 8-800-350-22-65
Telegram: sibac
Прием заявок круглосуточно
График работы офиса: с 9.00 до 18.00 Нск (5.00 - 14.00 Мск)

Статья опубликована в рамках: CLXII Международной научно-практической конференции «Научное сообщество студентов: МЕЖДИСЦИПЛИНАРНЫЕ ИССЛЕДОВАНИЯ» (Россия, г. Новосибирск, 06 апреля 2023 г.)

Наука: Экономика

Скачать книгу(-и): Сборник статей конференции

Библиографическое описание:
Beydullayev V.E. TURİZMDƏ SAHİBKARLIĞIN İNNOVATİV İNKİŞAFININ PRİORİTET İSTİQAMƏTLƏRİ // Научное сообщество студентов: МЕЖДИСЦИПЛИНАРНЫЕ ИССЛЕДОВАНИЯ: сб. ст. по мат. CLXII междунар. студ. науч.-практ. конф. № 7(161). URL: https://sibac.info/archive/meghdis/7(161).pdf (дата обращения: 25.12.2024)
Проголосовать за статью
Конференция завершена
Эта статья набрала 0 голосов
Дипломы участников
У данной статьи нет
дипломов

TURİZMDƏ SAHİBKARLIĞIN İNNOVATİV İNKİŞAFININ PRİORİTET İSTİQAMƏTLƏRİ

Beydullayev Veyis Elxan oğlu

magistri Bakı Dövlət Universiteti,

Azərbaycan, Bakı ş.

Xasıyev Bəhruz Qabil oğlu

научный руководитель,

Elmi rəhbər, iqtisad üzrə fəlsəfə doktoru, müəllim, Bakı Dövlət Universiteti,

Azərbaycan, Bakı ş.

ПРИОРИТЕТНЫЕ НАПРАВЛЕНИЯ ИННОВАЦИОННОГО РАЗВИТИЯ ПРЕДПРИНИМАТЕЛЬСТВА В ТУРИЗМЕ

 

Бейдуллаев Веис Эльхан оглы

магистрант, Бакинский Государственный Университет,

Азербайджан, г. Баку

Хасиев Бахруз Габиль оглы

Научный руководитель, д-р философии по экономике, преподаватель, Бакинский Государственный Университет,

Азербайджан, г. Баку

 

ANNOTASİYA

Tədqiqatın məqsədi turizmdə innovativ sahibkarlığın inkişafının müasir tendensiyalarının müəyyən edilməsidir. Burada əvvəllər təklif olunan məhsullarla müqayisədə istehlakçılar üçün yeni, daha cəlbedici turizm məhsullarının hazırlanması; göstərilən yeni səyahət xidmətlərinin çeşidinin artırılması; ən müasir texnika və texnologiyadan istifadə etməklə əmək, maliyyə və maddi resursların tətbiqinin yeni sahələrinin inkişafı kimi məsələlərə baxılmışdır. Həmçinin, xidmət innovasiyalarının tətbiqi, otel təsərrüfatında yeni ideyaların axtarışı; innovativ potensialın artırılmasına töhfə verən müxtəlif istiqamətli turizm klasterlərindən istifadəyə dair təkliflər irəli sürülmüşdür. Sonda turizmdə mühüm innovativ tendensiyalar olan turoperatorların françayzinq layihələrinin yaradılması, yeni informasiya texnologiyalarının tətbiqi, marketinq innovasiyalarının yeni vasitələrinin tətbiqi, regionlarda innovativ infrastrukturun inkişafı, yeni turizm bazarlarının inkişafı istiqamətləri göstərilmişdir.

АННОТАЦИЯ

Цель исследования определить современные тенденции развития инновационного предпринимательства в туризме. Здесь рассматривались разработка новых, более привлекательных для потребителей туристических продуктов по сравнению с ранее предлагаемыми продуктами; расширение спектра предоставляемых новых туристических услуг; развитие новых сфер применения трудовых, финансовых и материальных ресурсов с использованием самой современной техники и технологий. В том числе, в статье рассмотрены внедрение сервисных инноваций, поиск новых идей в гостиничном бизнесе; выдвинуты предложения по использованию туристских кластеров в разных направлениях, способствующих повышению инновационного потенциала. Показано, что важными инновационными направлениями в туризме являются создание франчайзинговых проектов туроператоров, применение новых информационных технологий, применение новых средств маркетинговых инноваций, развитие инновационной инфраструктуры в регионах, разработка новых туристических рынков.

 

Açar sözlər: innovasiya, innovativ inkişaf, turizm müəssisələri, turizm məhsulu, sahibkarlıq fəaliyyəti.

Ключевые слова: инновации, иноовационное развитие, туристские предприятия, туристический продукт, предпринимательская деятельность.

 

Turizm sahəsində innovasiyaların yaradılmasına və həyata keçirilməsinə mane olan əsas problemlər formalaşdırılmışdır: innovasiyaların tənzimlənməsi və inkişafının zəif hüquqi bazasının olması; innovativ layihələr bazarının zəif təşkil olunması; innovasiya mədəniyyətinin qənaətbəxş olmaması; innovativ layihələrin geri ödəmə müddətinin uzun olması; müəssisələrin innovativ fəaliyyətinə dövlət dəstəyinin və stimullaşdırılmasının qeyri-kafi səviyyədə olması.

Əgər ölkə səviyyəsində klasterin inkişafı üzrə çevik maliyyələşməyə imkan verən mexanizmlər hazırlanarsaklaster yanaşmasından istifadə olunması innovativ potensialın artmasına səbəb ola bilər.[3, s.24] Bu mexanizmlərdən istifadə yeni klaster layihələrinin həyata keçirilməsi üçün dövlət maliyyə dəstəyindən çevik istifadə imkanları yaradacaqdır. Fikrimizcə, Azərbaycanın regionlarında turizm klasterlərinin yaradılması regionlarda turizmin inkişafına təkan verən vasitə rolunu oynayacaq, əhalinin məşğulluğunun genişlənməsinə, əmək haqqının artmasına və büdcə daxilolmalarına təsir göstərəcək, və çox vacib olanı regionların innovativ mühitinin inkişafına töhfə verəcəkdir.

Turizm biznesinin səmərəli innovativ inkişafı üçün, fikrimizcə, aşağıdakı tövsiyələrdən istifadə etmək məqsədəuyğun olardı:

  • Azərbaycanın dünya innovasiya məkanına daxil olması və rəqabətqabiliyyətli milli turizm məhsulunun yaradılması üçün müxtəlif növ innovasiyaların inkişaf səviyyəsinin dərindən təhlil olunması, eləcə də ölkənin turizm sektorunun innovativ potensialının müəyyənləşdirilməsi zəruridir;
  • innovativ  inkişafın  metodologiyasını  hazırlayarkən  turizm xidmətləri sahəsinə aid olan bütün göstəriciləri qiymətləndirmək, eyni zamanda konkret turizm məkanının şərtlərini nəzərə almaq, habelə turizm ehtiyatlarının vəziyyətini təhlil etmək lazımdır;
  • turizmdə sahibkarlıq fəaliyyətini müasir texnika və texnologiyadan istifadə etməklə əmək, maddi, maliyyə resurslarından istifadənin yeni, hələ mənimsənilməmiş sahələrinin axtarışına yönəltməli;
  • sahibkarlar turizmlə bağlı fəaliyyət sahələrində baş verən yeniliklərəvaxtında və operativ reaksiya verməli, öz işlərində müsbət nəticələr əldə etmək üçün ən yeni iş üsullarını yaratmağı bacarmalıdırlar;
  • turizm sənayesi turizm müəssisəsinin idarə edilməsi üçün xüsusi proqram məhsullarından tutmuş qlobal kompüter şəbəkələrinin istifadəsinə qədər bütün müasir kompüter texnologiyalarını tətbiq etməlidir;
  • əməliyyatın bütün iştirakçıları arasında operativ qarşılıqlı fəaliyyət üçün şərait yaradılmalıdır;
  • bazar konyukturasının dəqiq proqnozlaşdırmasını qeyri-mümkün edən innovativ rəqabət şəraitində biznes strukturlarında idarəetmə tərəfindən konkret parametrlərin bütün sisteminə ciddi diqqət yetirməlidir.

Yuxarıda göstərilən tövsiyələrin həyata keçirilməsi turizm sahəsində innovasiyaların sürətlə tətbiqinə imkan verəcək, turist təşkilatlarının rəqabətqabiliyyətlilik səviyyəsinin yüksəldilməsinə və beynəlxalq turizm mühitinə daxil olmasına xidmət edəcəkdir.

Azərbaycan iqtisadiyyatının artımı əsasən bütün sahələrdə, o cümlədən turizmdə rəqəmsallaşma ilə bağlıdır. [1, s. 39] Pandemiyadan sonra turizmin bərpası və rəqəmsallaşmanın fəal şəkildə tətbiqi iqtisadiyyatın bərpa edliməsinin və onun yüksəlişinin mühüm amillərindən biri olacaq. Araşdırmalar göstərdi ki, turizmdə mövcud rəqəmsallaşma tendensiyaları maliyyə axınlarının müvafiq olaraq yenidən istiqamətləndirilməsi və turizmin gəlirliliyinin artırılması üçün şəraitin yaradılması ilə bazar iştirakçılarının addım-addım onlayn sahəyə yönləndirilməsini nəzərdə tutur.

Bizə elə gəlir ki, hazırda ən perspektivli istiqamət turizm sahəsində rəqəmsal məhsulların tətbiqi və inkişafıdır. Səyahət şirkətləri rəqəmsal müştəri dəstəyinə xüsusi diqqət yetirməli, qiymətlərin qorunması taktikasını tətbiq etməlidirlər, çünki qiymət getdikcə turist paketinin alınması qərarında əsas amillərdə birinə çevrilir.

Turizm sahibkarlıq fəaliyyətinin rəqəmsallaşmasının artan tendensiyası təcili olaraq müasir informasiya texnologiyalarından (İT) istifadəni və qlobal internetin üstünlüklərindən, xüsusi ilə turizm məhsulunun yaradılması və onun təbliği mərhələsində səmərəli istifadə olunmasını tələb edir.[2, s. 78]

Turizmin rəqəmsallaşmasının ən müasir tendensiyası süni intellektdir (AI). Bu sahədə bir çox ekspertlərin fikrincə, süni intellekt texnologiyalarının potensialı axtarış sistemlərinin və insanların imkanlarından dəfələrlə çoxdur. Yaxın gələcəkdə bizə elə gəlir ki, süni intellekt turizmi əsaslı şəkildə dəyişəcəkdir.Turizm sahibkarlığında dəyişikliklər nöqteyi-nəzərindən süni intellekt turistlərə xidmətin keyfiyyətinə təsir göstərə, fərdiləşdirilmiş xidmətlər göstərə, real insanların ehtiyaclarını daha yaxşı ödəyə bilər.

KOS-ların turizm sahəsində iştirakı innovativ inkişafa, o cümlədən rəqəmsallaşma proseslərinin təkmilləşdirməsinə imkan verəcəkdir. Kiçik və orta turizm sahibkarlığının intensiv inkişafı üçün mövcud rəqəmsallaşma potensialı daha çox konkret subyektin və bütövlükdə sahənin texnoloji və maliyyə imkanlarından asılıdır.

Turizm sahəsinin rəqəmsallaşması müxtəlif təzahür formalarına malikdir.Bura daxildir: hazır turların onlayn alışı; mobil əlavələr; blokçeyn texnologiyası; həvəskar turların rəqəmsallaşdırılması.

Gələcəkdə turizmin rəqəmsallaşması tendensiyaları dəyişəcəkdir. Ofisləri oflayn olan ənənəvi turizm şirkətlərinin bazardan sıxışdırılması prosesi başlayacaqdır. Yalnız istehlakçılara xidmətlərin göstərilməsində fərdiləşdirmə prosesini uğurla həyata keçirən turizm təşkilatları rəqabət üstünlüklərinə malik olacaqlar, onlar potensial müştəriləri daimi müştərilərə çevirməklə yüksək mənfəətin əldə edilməsi əsasında uğur qazanacaqlar.

Tədqiqat nəticəsində turizm sahəsində rəqəmsal texnologiyaların inkişafına mane olan aşağıdakı amillər müəyyən edilmişdir: normativ - hüquqi (rəqəmsal sahəyə keçid prosesində subyektlərin əlaqəsini tənzimləyən hüquqi məkanın olmaması); maliyyə və iqtisadi (kiçik və orta turizm sahibkarlığl üçün bu fəaliyyət sahəsinin rəqəmsallaşmasına böyük məbləğdə pul ayırmaq çox çətindir, dəstək və stimullaşdırma isə nəzərdə tutulmamışdır); ümumi vəziyyətin sabitliyi (rəqəmsal məkana inteqrasiya üçün regionların siyasi və maliyyə resurslarında müxtəliflilik);əhalinin rifah səviyyəsininqeyri-kafiyi (çoxfunksiyalı qadcetlərin əldə edilməsinin və turist səfərlərində pullu internet xidmətlərindən istifadəninmümkünsüzlüyü); əhalinin rəqəmsal savadsızlığı (bir çoxlarının rəqəmsal texnologiyaların böyük imkanları haqqında heç bir məlumatı yoxdur və ya natamam biliyə malikdir).

Yuxarıda göstərilən amillərin hamısının aradan qaldırılması Azərbaycanın turizm sahəsində rəqəmsal texnologiyaların davamlı inkişafına imkan verəcəkdir.

Turizm xidmətləri bazarının tədqiqi və turizm məhsulunun təbliği sahəsində yeniliklər rəqiblərin, müştəri bazarının monitorinqi sistemlərinin inkişafı, imicin yaradılması, reklam kampaniyalarının aparılması, müştərilər üçün bonus proqramlarının hazırlanması, bütün bu xüsusiyyətlər marketinq tədqiqatı sahəsində innovasiya strategiyasına daxildir. Fikrimizcə, turizm sahəsində marketinq tədqiqatlarının uğurla aparılması üçün aşağıdakı sxem üzrə hərəkət etmək lazımdır: istehlakçıların üstünlükləri və maraqları – bazarın öyrənilməsi - yeni formaların tətbiqi və müştəri məmnuniyyəti hesabına mənfəətin əldə edilməsi.Bizim təklif etdiyimiz hərəkətlərin ardıcıllığı turizm təşkilatı tərəfindən həyata keçirilməlidir. Çünki həyata keçirilməsi üçün yeni xidmətlər paketini təklif edən bu qurumun əsas vəzifələrindən biri istehlakçıların maraq və üstünlüklərinin dərindən öyrənilməsi olmalıdır. Buna görə də marketinq tədqiqatları bu cür məlumatların verilməsində mühüm mənbə olmalıdır.

Turizm xidmətləri bazarı yeni marketinq ideyalarının istifadəsi üçün ən perspektivli sahədir və onlardan istifadə rəqabət üstünlüklərinin əldə edilməsinə kömək edəcəkdir. Bununla yanaşı, turizm xidmətləri bazarının marketinq tədqiqatları ölkənin və ya ayrıca regionun ərazi potensialından optimal istifadə edilməsi üçün yaxşı bir əsas ola bilər.

Turizm sahəsində innovasiyaların işlənib hazırlanması və tətbiqi müxtəlif fəaliyyət sahələrinin səylərini tələb edir. Ona görə də onun inkişafının innovativ yolunu dövlətin fəal iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Bununla əlaqədar, biz iki əsas şərtin yerinə yetirilməsini zəruri hesab edirik: innovativ layihələrin yaradılmasında və həyata keçirilməsində dövlətin fəal iştirakı, onun dəstəyi və vəsaitlərin ayrılması, o cümlədən layihələrin həyata keçirilməsinə, turizmin və onun sahibkarlığının innovativ inkişafı sahəsinə subsidiyaların verilməsi.

Dövlətin prioritet məqsədlərindən biri də KOS-ların innovativ inkişafı üçün lazımi şəraitin yaradılmasıdır. Dünya praktikasında kiçik biznesi dəstəkləmək üçün müxtəlif  üsullar mövcuddur, lakin adı biznes inkubator olan xüsusi struktur geniş yayılmışdır. Biz biznes inkubatorun yaradılmasına yeni yanaşma təklif edirik ki, onun özəlliyi öz biznesinə başlayan sahibkarın servis xidmətinin təşkilidir.

 

Biblioqrafiya:

  1. Азизов А.А. Предпринимательство в туризме Азербайджана. Баку-2012, 307 с.
  2. Добындо, М. Н. Формирование механизма эффективной инновационной трансформации региональной экономики / М. Н. Добындо // Региональная экономика: теория и практика. - 2007. - № 9. - С.77-82.
  3. Семенова Т.Ю. Инновационная политика в системе функционирования и развития региона: Монография/ СПбГИЭУ.- СПб.:СПбГИЭУ, 2008.- 207 с.
  4. Толков, А. Будущее за инновационным процессом / А. Голков // Бурятия. - 2005. - 11 нояб. - С. 4.
Проголосовать за статью
Конференция завершена
Эта статья набрала 0 голосов
Дипломы участников
У данной статьи нет
дипломов

Оставить комментарий