Статья опубликована в рамках: Научного журнала «Студенческий» № 29(157)
Рубрика журнала: Науки о Земле
Секция: География
Скачать книгу(-и): скачать журнал часть 1, скачать журнал часть 2
MƏKAN İNKİŞAFININ SOSİAL-İQTİSADİ XÜSUSİYYƏTLƏRİ. AZƏRBAYCAN RESPUBLİKASININ TİMSALINDA
SOCIO-ECONOMIC ASPECTS OF SPATIAL DEVELOPMENT. ON THE EXAMPLE OF THE REPUBLIC OF AZERBAIJAN
Askerov Anar Farman ogly
Institute of Earth Science, Southern Federal University,
Russia, Rostov-on-Don
Vladimir Latun
Scientific supervisor, Candidate of Geographical Sciences, docent, Southern Federal University,
Russia, Rostov-on-Don,
CОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКИЕ ОСОБЕННОСТИ ПРОСТРАНСТВЕННОГО РАЗВИТИЯ. НА ПРИМЕРЕ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
Аскеров Анар Фарман оглы
Институт наука о Земле, Южного Федерального Университета,
РФ, г. Ростов-на-Дону
Латун Владимир Владимирович
научный руководитель, канд. геогр. наук, доцент, Южный Федеральный Университет,
РФ, г. Ростов-на-Дону
XÜLASƏ
Hazırda, iqtisadi və siyasi proseslər qloballaşma şəraitində baş verir. Məqalədə, konkret ölkənin sosial-iqtisadi göstəriciləri və onların məkan inkişafına təsiri müəyyən edilmişdir. Azərbaycan Respublikasının məkan inkişafının perspektivliliyinə xüsusi diqqət yetirilmişdir. Müəllif, davamlı inkişaf konsepsiyasının ölkənin regional siyasətinin bir hissəsi olduğunu, davamlı inkişafdan məkan inkişafına keçidin Azərbaycan Respublikası üçün prioritet olduğunu bildirmişdir.
ABSTRACT
At present, economic and political processes are taking place in the context of globalization. The article identifies the socio-economic indicators of a particular country and their impact on spatial development. Special attention was paid to the prospects of spatial development of the Republic of Azerbaijan. The author noted that the concept of sustainable development is part of the country’s regional policy, and the transition from sustainable development to spatial development is a priority for the Republic of Azerbaijan.
АННОТАЦИЯ
В настоящее время экономические и политические процессы происходят в условиях глобализации. В статье определены социально-экономические показатели конкретной страны и их влияние на пространственное развитие. Особое внимание было уделено перспективности пространственного развития Азербайджанской Республики. Автор отметил, что концепция устойчивого развития является частью региональной политики страны, что переход от устойчивого развития к пространственному развитию является приоритетом для Азербайджанской Республики.
Açar sözlər: Azərbaycan, məkan inkişafı, davamlı inkişaf, sosial-iqtisadi göstəricilər, regional siyasət, insan kapitalı.
Keywords: Azerbaijan, spatial development, sustainable development, socio-economic indicators, regional policy, human capital.
Ключевые слова: Азербайджан, пространственное развитие, устойчивое развитие, социально-экономические показатели, региональная политика, человеческий капитал.
Bir sıra qlobal problemlərin meydana gəlməsi ilə bağlı müasir münaqişələr istənilən sivilizasiyanın müdafiəsizliyini kritik vəziyyətə salır. Gələcəyə yönələn gözləntilər yalnız keçmişdən məyusluq və ekoloji kataklizmlərin öncədən duyulması ilə bağlı deyil, eyni zamanda müasir sivilizasiyanın sosial, iqtisadi və siyasi inkişaf perspektivliyinin birmənalı olmadığını anlamağa imkan verir [4]. Bu kontekstdə, yeni plan və layihələrin işlənib hazırlanması təhlükəsizlik problemlərinə məna və əhəmiyyət verir. İqtisadiyyatın, cəmiyyətin, təsərrüfatın səmərəli məkan planlaşdırılması, təşkili milli və regional təhlükəsizliyin təmin edilməsi üçün mühüm zəmindir.
Məkan inkişafı, konkret ölkə və ya beynəlxalq təşkilat tərəfindən vahid coğrafi məkanda həyata keçirilən iqtisadi, sosial, ekoloji, mədəni siyasətin göstəricisidir. O, iqtisadi göstəricilərin artmasına, sosial vəziyyətin stabilləşməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına, regionlar arasında kəskin fərqlərin aradan qaldırılmasına, eyni zamanda mədəni sabitliyin qorunmasına yönəlib.
Azərbaycan Respublikasında dövlət səviyyəsində qəbul edilmiş sənədlər və həyata keçirilən layihələr arasında “davamlı inkişaf konsepsiyasını” görmək olar. Davamlı inkişafdan məkan inkişafına keçid məqsədyönlü sayılır və o, ölkənin regional siyasətinin əsasını təşkil etmiş olacaqdır.
Baş verən regionlaşma və qloballaşma prosesləri, ölkələr arasında rəqabətin güclənməsi fonunda Azərbaycan Respublikasında təsərrüfatın və əhalinin səmərəli məkan təşkili zəruridir. Təsərrüfatın və əhalinin səmərəli məkan təşkili yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq, yalançi urbanizasiya tempini azaldacaq və işçi qüvvələrini səmərəli şəkildə istiqamətləndirməyə kömək edəcəkdir.
Davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirildiyini nəzərə alsaq, deyə bilərik ki, ölkə iqtisadiyyatının vahid iqtisadi məkanda təşkili davamlı inkişaf konsepsiyasına əlavə olacaqdır. Məkan inkişafının milli modelinin yaradılmasında əsas məqsəd sənaye sahələrinin göstəricilərinin yaxşılaşdırılmasıdır.
Enerji resurslarından istifadə, enerji istehsalının səmərəli təşkilinin tədqiqi, qonşu ölkələrin maraqlarının nəzərə alınması, enerji istehsalı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi kimi problemlər ən aktual məsələlər hesab olunur [2].
Məkan planlaşdırılması və inkişafı zamanı başlıca sosial zəmin “insan kapitalıdır”. Azərbaycanda insan kapitalının inkişafı işlənmiş və qəbul edilmiş lahiyələrdən asılı olmayaraq həmişə prioritetdə olmalıdır. Təcrübə göstərir ki, insan kapitalının inkişafı üzrə dövlət siyasəti, hakimiyətə ictimai etimadı artırır, belə ölkələr siyasi cəhətdən stabildir, sosial münaqişələrin riskləri minimaldır. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün Azərbaycan Respublikasında insan kapitalının artırılması zəruridir. İnsan kapitalının və onun səmərəliliyinin artırılması, bu sahəyə əhəmiyyətli dərəcədə investisiya cəlb etməklə təmin edilə bilər. İnsan kapitalı millətin intellektual kapitalının ən əhəmiyyətli hissəsidir [3]. İnsan kapitalının əhəmiyyətli hissəsi olan “milli insan kapitalı” hər bir ölkənin milli sərvətinin əsas göstəricisidir. İnkşaf etmiş ölkələrin milli sərvətinin 60-70%-ni məhz milli insan kapitalı təşkil edir. Təcrübə göstərir ki, milli insan kapitalı XX və XXI əsrlərdə iqtisadiyyatın və cəmiyyətin inkişafının əsas amili olmuş və olaraq qalır. Yuxarıda qeyd etdiyimiz kimi, insan kapitalinin artırılması bu sahəyə investisiya cəlb etməklə mümkündür. İnvestisiya yatırımları əsas etibarilə elm, təhsil, tibb, sahibkarlıq fəaliyyətinə, biznes təhlükəsizliyinə, iqtisadi azadlığa, habelə mədəniyyət, incəsənət və digər sahələrə edilir. İnsan kapitalının inkşafına təkan verən amillər məhz investisiya, innovasiya və rəqabətə davamlılıqdır.
Davamlı inkişaf üzrə dövlət proqramı iqtisadi artıma gətirib çıxarmışdır. Lakin qeyd etmək lazımdır ki, müsbət dəyişikliklərdən əlavə, mənfi cəhətlər də var. Buna Azərbaycanın regionları və iqtisadi rayonlar arasındakı əhəmiyyətli dərəcədə fərqi aid etmək olar. Əgər Abşeron və Gəncə-Qazax iqtisadi rayonları Azərbaycanın digər iqtisadi rayonları ilə müqayisədə iqtisadi cəhətdən daha inkişaf edib, ölkənin sənaye məhsulunun 72-74% - ni verirsə, Azərbaycanın digər səkkiz iqtisadi rayonunda göstəricilər arzulanan səviyyədə deyil. İndiki vəziyyət digər iqtisadi rayonlarda sosial-iqtisadi inkişaf səviyyəsinin qaldırılmasını, onlar arasındakı fərqin azaldılmasını və sosial-iqtisadi inkişafın tənzimlənməsini tələb edir. Regionlarda sosial-iqtisadi inkişafın tənzimlənməsi dedikdə, xüsusi şəkildə təşkil olunmuş sistematik fəaliyyətlər, sosial-iqtisadi proseslərə yönəldilmiş regional sistemlərin tarazlı fəaliyyətinin təmin edilməsi başa düşülür [1]. Məhz məkan inkşafı zamanı sistematik və koordinasiya edilmiş fəaliyyətlər, sosial-iqtisadi göstəriciləri və əmək bölgüsünü bərabər şəkildə yönəltməyə imkan verir.
Ədəbiyyat:
- Huseynova Kh.M. Trends in the socio-economic development of Azerbaijan // Socio-economic phenomena and processes. – 2011. – № 5-6 (027-028). – p. 73-75.
- Imrani Z.T., Musveva M.R. Socio-economic aspects of the concept of sustainable development in the Republic of Azerbaijan // Yug Rossii: ecology, development. - 2016. - No. 2. - p. 42-49.
- Sleptsova E.V., Ryndina T.I. State policy of human capital development in Russia // Economy and Business. – 2020. – № 3-1 (61). – p. 180-183.
- Khalilov J.M. Sustainable development-a prerequisite for national security // Human Capital. – 2019. –№ 1(121). – p. 91-96.
Оставить комментарий